Azərbaycan Texniki Universitetinin yeni loqosu

Son dövrlərdə Azərbaycan Texniki Universitetində (AzTU) təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlar, həyata keçirilən yeniliklər bu ali təhsil ocağının loqosunun və saytının da beynəlxalq standartlara uyğun hazırlanmasını zəruri edib. Bu məqsədlə AzTU-nun yeni loqosu hazırlanıb.

 

Universitetdən bildirilib ki, loqonun tərtibatında təhsil, texniki, etibarlı, standart kimi açar sözlərdən istifadə olunub.

 

Loqo şərti olaraq AzTU sözü kimi oxunur.

 

Loqonun üzərində tacı xatırladan hissə açılmış kitabın öndən görünən hissəsi kimi əks edilib. Bu da simvolun elm və təhsil mərkəzinə məxsus olduğunu bildirir. Açılmış kitab görüntüsünün ən üst hissədə yerləşməsi isə təhsilin vacibliyini ifadə edir.

 

Loqoda istifadə olunan digər elementlər də müasir dövrün texniki xarakteristikasını özündə əks etdirir.

 



17.08.2021 | 16:37