4 il oxu, 2 diplom al - Qeydiyyat üçün son gün

Avqustun 20-də 2021-2022-ci tədris ili üçün Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın nüfuzlu ali təhsil müəssisəsi olan İNHA Universiteti tərəfindən həyata keçirilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) bakalavr pilləsinə onlayn qeydiyyat yekunlaşır. Namizədlər müvafiq sənədləri bu gün saat 23:55-dək onlayn anket formasında təqdim etməlidirilər.
 

Bakalavr proqramı ingilis dilində 4 il müddətində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə keçirilir. Proqramın 3 il müddətində Bakı Mühəndislik Universiteti, 1 il müddətində isə İNHA Universitetində tədrisi nəzərdə tutulur. Təhsil müddətinin sonunda tələbələrə təhsil aldıqları ixtisas üzrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim ediləcək.
 

Beynəlxalq ikili diplom proqramına (bakalavriat pilləsi üzrə) qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılır.
 

Ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

 

 



20.08.2021 | 16:14