Bu gün Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçən abituriyentlərə müraciət edəcək

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb və internet vasitəsilə aparılan ixtisas seçimi avqustun 30-dək davam edəcək. 

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 15:00-da qurumun  Facebook səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

 

İxtisas seçimi ilə əlaqədar olan sualları canlı yayım zamanı müvafiq postun altına yazmaq mümkündür. 



23.08.2021 | 12:00