HTP məzunundan təlim proqramı

“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.

 

26 avqust 2021-ci il saat 17:00 tarixində keçiriləcək növbəti təlim “Regionların inkişafında universitet və şirkətlər arasında əlaqənin yaradılması” mövzusuna həsr edilib.

 

Təlimçi HTP proqramı çərçivəsində Macarıstanda biznesin inkişafı ixtisası üzrə magistratura təhsili almış Fərid Mirzəxanovdur.

 

Təlimdə iştirak etmək üçün müvafiq link   https://forms.gle/nnff8gbSPdGo7eqn8  vasitəsilə  qeydiyyatdan keçmək mümkündür.

 

Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.

 

 



23.08.2021 | 17:01