DİM-də avqustun 28-də SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM)  avqustun 28-də SAT imtahanı keçiriləcək.


SAT imtahanı DİM-in  Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil ediləcək.


DİM-dən bildirilib ki, imtahanda iştirak edən şəxslər saat 07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

 

İştirak edənlərdən tələb olunan sənədlər bunlardır:

 

  • Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;
  • Buraxılış vərəqəsi – “Admission Ticket”;
  • İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə*.

  

* İmtahan iştirakçısı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməli və imzalı şəkildə gətirməlidir.

 

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

 

Məlumat üçün bildirək ki, SAT (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT Subject isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.

 

 



25.08.2021 | 14:13