BŞTİ-nin əməkdaşları beynəlxalq spartakiadada

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları Bolqarıstanda keçirilən Müəllimlərin XIV beynəlxalq spartakiadasında iştirak edirlər.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) tərəfindən təşkil olunan yarışların əsas məqsədi müəllimlərin asudə vaxtlarının səmərəli təşkili, müxtəlif ölkələrdən olan pedaqoji sahədə çalışan işçilər arasında əməkdaşlığın genişləndirilməsi və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

 

Spartakiadada idmanın futbol, şahmat, çimərlik voleybolu, stolüstü tennis, basketbol növləri üzrə qadınlar və kişilərdən ibarət komandalar güclərini sınayırlar.

 

Yarışlarda Azərbaycan, Bolqarıstan, Ukrayna, Polşa, Tacikistan və Rumıniya şəhərlərinin komandaları iştirak ediblər.

 

Qeyd edək ki, yarışlar iyulun 7-də başa çatacaq.

 



05.07.2018 | 17:07