AzTU ilə İtaliyanın Uninettino Telematika Universiteti arasında onlayn konfrans keçirilib

Azərbaycan Texniki Universitetində ERASMUS+ layihəsi çərçivəsində İtaliyanın Uninettino Telematika Universiteti ilə layihənin Azərbaycandan olan tərəfdaş universitetləri – Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Sumqayıt Dövlət Universiteti (SDU) arasında onlayn konfrans keçirilib.

 

Konfransda AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov, ERASMUS+ layihəsinin regional koordinatoru, professor Həsən Hüseynov, həmçinin layihədə təmsil olunan professor-müəllim heyəti iştirak edib.

 

Konfransda Azərbaycan universitetlərində kiberməkanın yaradılması və tədris proqramlarına daxil olan Avropa tipli modullar üzrə elektron təhsil resurslarının hazırlanması üçün müvafiq metodiki köməkliklərin göstərilməsi məsələləri müzakirə olunub.

 

Hər iki tərəf üçün səmərəli keçən onlayn konfrans günün ikinci yarısında SDU-də baş tutub, iyulun 6-da isə AZMİU-da keçiriləcək.

 

Layihə çərçivəsində konfranslar həmçinin iyulun 12, 13, 19 və 20-də də davam edəcək.

 

Qeyd edək ki, onlayn rejimində fransız və ingilis dillərində aparılan konfransda İtaliya tərəfindən koordinator professor Nikola Piravatti olub.

 

 

 



05.07.2018 | 18:44