Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələrindən uğurlu nəticələr

24-27 avqust 2021-ci il tarixlərində Estoniyanın Tallin şəhərində keçirilən taekvando idman növü üzrə yeniyetmələr arasında Avropa çempionatında “Təhsil” Respublika İdman Məktəbinin 6 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirməsi İlyas Hətəmli Azərbaycan Milli yığma komandasının tərkibində ölkəmizi layiqli təmsil edərək bürünc medala layiq görülüb.

 

17-19 avqust 2021-ci il tarixlərində Latviyanın Riqa şəhərində təşkil olunan, 37 ölkədən 539 idmançının mübarizə apardığı cüdo üzrə Avropa birinciliyində Təhsil Nazirliyinin 13 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələri 60 kq çəki dərəcəsində Aydın Rzayev II yer, Zahir Ağazadə III yerə layiq görülüb.

 

19-22 avqust 2021-ci il tarixlərində veloidman üzrə İsmayıllı şəhərində keçirilən Azərbaycan Çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları Ayan Məmmədzadə U-15 qızlar arasında qrup ötüşmələrində I yeri, fərdi ötüşmələrdə II yeri, U-15 oğlanlar arasında Maksim Trendilov qrup ötüşmələrində II yeri, fərdi ötüşmələrdə III yeri, U-17 qızlar arasında İradə Əbdürəhmanova qrup və fərdi ötüşmələrdə II yeri, gənclər arasında Lalə Əbdürəhmanova qrup və fərdi ötüşmələrdə II yeri tutub.

 

 



01.09.2021 | 15:29