Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran ADNSU tələbəsi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsi olan paralimpiyaçı Vəli İsrafilov “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. O, həmçinin bu nəticə ilə Paralimpiya rekordu müəyyənləşdirib.

 

Xatırladaq ki, V.İsrafilov 2021-ci il mayın 19-da Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında üzgüçülük idman növü üzrə Avropa çempionatının qızıl medalına sahib olaraq "Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya qazanmışdı. ADNSU-nun rektoru, professor Mustafa Babanlı iyunun 1-də paralimpiyaçı çempionla görüşərək onu təbrik etmiş və universitetin hər bir sahədə tələbəsinin yanında olduğunu bildirmişdi.

 

Bu barədə ADNSU-dan məlumat verilib.

 

 



02.09.2021 | 15:11