Bu il tələbə adını qazananların sayı artıb

Dövlət İmtahan Mərkəzi  ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.

 

Bildirilib ki, ali təhsil müəssisələrinin qəbul planı 90.46% dolub. Belə ki,

 

44861 nəfər (o cümlədən 6810 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 21856 (o cümlədən 920 subbakalavr)  nəfər dövlət sifarişi əsasında, 23005 (o cümlədən 5890 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

 

Qurumdan vurğulanıb ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 2130 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötən ilki göstəricidən 1057 nəfər çoxdur.

 

Həmçinin qəbul olunan subbakalavrların sayı da bu il 1025 nəfər daha çoxdur.

 

Qeyd edək ki, sentyabrın 6-dan 10-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və şübhəsiz,  göstəricilər bir qədər də yüksələcək.

 



06.09.2021 | 14:02