Kolleclərə qəbul olmaq üçün ixtisas seçimində 21 mindən artıq abituriyent iştirak edib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  (kolleclərə) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi  bu gün saat 09.00 –da başa çatıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM ) bildirilib ki, avqustun 27-dən başlanan  ixtisas seçimində 21099 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) abituriyent iştirak edib.

 

Bu il 33088 abituriyent sənəd qəbulunda iştirak edib. Müqayisə üçün bildirilib ki,  ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19236, ixtisas seçimi edənlərin sayı isə 10958 nəfər olub.

 

DİM müsabiqə nəticələrini yaxın 3 gün ərzində elan edəcək.

 

 



08.09.2021 | 13:03