Konfutsi İnstitutunda “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı seminar

Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu  “Yay məktəbi: Çin mətbəxinin inciləri” adlı onlayn seminar keçirib.

 

İnstitutun direktoru  Rafiq  Abbasov  Çin mətbəxi barədə tələbələrə ətraflı məlumat  verib. O, Milli Kulinariya Mərkəzi ilə  əməkdaşlıq əlaqələrindən də bəhs edib, əsas məqsədin  hər iki ölkə arasında kulinariya sənəti sahəsində əməkdaşlığın genişləndirilməsi, ixtisaslı aşpaz və kulinarların hazırlanması sahəsində əlaqələrin gücləndirilməsi olduğunu bildirib.

 

Seminarda çıxış edən ADU Çinşünaslıq ixtisasının tələbəsi Şəbnəm Məmmədova  Çin mətbəxinin bölgələr üzrə  hazırlanan və  turistlərin daha çox marağına səbəb olan məşhur yeməklərin hazırlanma texnikası, tarixi haqqında tələbələrə ətraflı məlumat verib.  Çin yeməklərinin fərqliliklərindən bəhs edən Ş.Məmmədova hələ qədim Çjou dövründə çinlilərin soya sousu, sirkə, şərab və müxtəlif növ ədviyyatlar hazırlamağı bacardıqlarını, müasir dövrdə də, bu ərzaqlardan yeməklərə xüsusi təam vermək üçün istifadə olunduğunu qeyd edib. O, yemək bişirilmə tərzinə, dadına və ona qatılan ərzaqlara görə Çində 8 milli mətbəx mövcud olduğunu bildirib:  Sue, Zhe, Lu, Chuan, Yue, Xiang, Min, Hui.

 

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 

 



09.09.2021 | 17:15