Neft-Kimya Prosesləri İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda Neft kimyası, həmçinin Kimya texnologiyası və mühəndisliyi ixtisaslarından fəlsəfə doktoru üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

 

İmtahanda müvafiq sahə üzrə akademik, professor, dosentlərdən ibarət komissiya formalaşdırılıb və komissiyanın üzvləri prosesdə iştirak ediblər.

 

İmtahana 4 nəfər iddiaçı qatılıb, nəticələrə əsasən, 3 nəfər yaxşı, 1 nəfər əla qiymətləndirilib.

 

İmtahanda AMEA-nın Rəyasət Heyəti Aparatının Təhsil Şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov da iştirak edib. İmtahan uğurla başa çatıb.

 

 

 



14.09.2021 | 16:42