AzTU-da doktoranturaya qəbul imtahanında 15 iddiaçı iştirak edib

Azərbaycan Texniki Universitetində (AzTU) doktoranturaya ixtisaslar üzrə qəbul imtahanı keçirilib.

 

AzTU-dan bildirilib ki, pandemiyanın şərtləri nəzərə alınmaqla keçirilən imtahanda 7 ixtisas üzrə 15 iddiaçı iştirak edərək müvəffəq qiymət alıb. İmtahanın gedişatı rektor Vilayət Vəliyev və prorektorlar tərəfindən izlənilib.

 

İmtahanın nəticəsi barədə yekun hesabat yaxın günlərdə Təhsil Nazirliyinə göndəriləcək.

 

 



15.09.2021 | 16:04