Yeni məktəb binasında tamamlama işləri görülür

Qobustan şəhər 3 nömrəli tam orta məktəbi üçün inşa edilən 624 şagird yerlik yeni məktəb  binasında son tamamlama işləri görülür.

 

Rayon təhsi şöbəsindən aldığımız məlumata görə, təzə bina Təhsil Nazirliyinin sifarişi  ilə  tikilir.  Müasir memarlıq üslubuna malik təhsil ocağı üçmərtəbəlidir. Geniş və işıqlı sinif otaqları, fənn kabinetləri, laboratoriyalar, kompüter otağı, qış idman zalı, konfrans zalı və sair tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcək.

 

Tam orta məktəb üçün təzə binanın bu ilin noyabrınadək istifadəyə verilməsi nəzərdə tutulub.  



08.07.2018 | 13:56