Coğrafiya İnstitutunda doktoranturaya qəbul imtahanı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  Coğrafiya İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirilib.

 

İmtahan sədri institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov olmaqla, 5 komissiya üzvü tərəfindən qəbul edilib.

 

5 ixtisas üzrə iştirak edən 7 iddiaçının hər biri imtahanı uğurla başa vurub.

 

İmtahanda AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, dosent Ələddin Məlikov və Doktorantura sektorunun  müdiri Tubu Qasımzadə iştirak edib.

 



22.09.2021 | 14:42