AzMİU tələbələrinin buraxılış işləri MOOSAO-nun diplomlarına layiq görülüb

MOOCAO-nun rəhbərliyi və təşkilatçılığı ilə buraxılış işlərinin və magistr dissertasiyalarının XXX beynəlxalq baxış-müsabiqəsi keçirilib. Rusiya Federasiyasının Tambov şəhərində keçirilən müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdən yüzlərlə iştirakçı qatılıb.

 

Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU)  Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev, Dizayn kafedrasının baş müəllimi Fəridə Qasımova, memarlıq fakültəsinin bakalavr və magistr səviyyəsi üzrə təhsil alan tələbələri təmsil ediblər. Buraxılış işləri yüksək qiymətləndirilən tələbələr MOOCAO-nun 1-ci (7 iş bakalavr, 4 iş magistr), 2-ci (13 iş bakalavr) və 3-cü (3 iş bakalavr, 1iş magistr) yerlərinə layiq görülüblər.

 

Bu barədə AzMİU-dan bildirilib.

 

 



29.09.2021 | 11:01