UNEC ilə Qazaxıstanın Miras Universiteti arasında memorandum imzalanıb

Qazaxıstanın Miras Universitetinin  rektoru, professor Bolat Mirzaliyev UNEC rektoru, professor Ədalət Muradovla görüşüb.

 

Görüşdə Ə.Muradov UNEC-in tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. UNEC-in dünyanın bir çox nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini, ikili diplom, mübadilə və birgə diplom proqramları həyata keçirdiyini diqqətə çatdırıb.

 

Professor Bolat Mirzaliyev Miras Universiteti barədə məlumat verdikdən sonra hər iki ali məktəb arasında əməkdaşlıq imkanları müzakirə olunub. Müzakirələrdən sonra UNEC ilə Miras Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

Memoranduma əsasən, hər iki universitet arasında müəllim, tələbə, magistr və doktorantların mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, ikili diplom və birgə dərəcəli proqramların tətbiqi, beynəlxalq konfransların keçirilməsi, eləcə də digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub. 

 

 



01.10.2021 | 16:27