Rusiyanın nüfuzlu jurnalında ADNSU haqqında məqalə dərc olunub

Rusiyanın nüfuzlu “Деловая Россия” federal jurnalının iyun ayı buraxılışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan “Demokratiyanın iqtisadi uğurları” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət və islahatlar sayəsində ölkənin iqtisadi qüdrətinin artmasından bəhs olunur. Azərbaycanın enerji idxalçısından ixracçısına çevrilməsi, təkcə neft – qaz sahəsində deyil, eyni zamanda digər sənaye sahələrindəki inkişaf, Rusiya və digər ölkələrlə tərəfdaşlıq haqqında geniş məlumat verilib.

 

Əsasən, iqtisadi və sosial mövzuların geniş yer aldığı jurnalda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə həsr olunan “ADNSU - tələbələrin xəyallarını gerçəkləşdirən universitet” adlı məqalə də dərc edilib. Məqalədə ADNSU-da həyata keçirilən islahatlar və universitetin tarixi barədə ətraflı məlumat verilib. 2017/2018-ci tədris ilində ADNSU-da bütün istiqamətlərdə dinamik inkişafın müşahidə olunduğu, universitetdə ingilis dilində tədris aparıldığı qeyd olunub. Məqalə müəllifi  bu ali məktəbdə Azərbaycanın neft və sənaye sahəsində peşəkar kadr hazırlayan köklü ənənələrə malik təhsil müəssisəsində müxtəlif istiqamətlərdə fundamental elmi tədqiqatların aparıldığı, innovativ ideyalara dəsətk verən startap layihələrin hazırlandığını qeyd edib. Məqalədə ADNSU-nun beynəlxalq əlaqələrinə də geniş yer verilib. Bildirilib ki, ADNSU dünyanın 50-dən çox ölkəsinin 100-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir

 



10.07.2018 | 11:17