Peyvəndi kəşf edən türk alimlərə “Fəxri doktor” adı verildi

Almaniyada çalışan türk əsilli tibb professoru Uğur Şahin və xanımı doktor Özləm Türeciyə  Köln Universitetinin “Fəxri doktoru”  adı verildi. 

 

Köln Şəhər bələdiyyəsinin başçısı Henriette Reker  liseyi Kölndə bitirən və Köln Universitetinin tibb fakültəsində ali təhsil almış Şahin və Türeciyə  insanlığa verdikləri  əvəzsiz töhfələrinə görə təşəkkürlərini çatdırıb.

 

Mərasimdə  Uğur Şahin ve Özlem Türeci Köln şəhərinin qızıl kitabına imza ataraq  Köln Universitetinin tibb fakültəsindən "Fəxri doktor" adı alıblar.  Henriette Reker  türk alimlərinin  uzunmüddətli araşdırmalar nəticəsində kəşf etdikləri peyvəndin dünyada  bir çox insanı ölümdən xilas etdiyini söyləyib.

 

Köln Universiteti tibb fakültəsi dekanı Gereon Fink  Türecinin və Şahinin RNA peyvəndi sahəsində elmin inkişafına verdiyi töhfələrlə tibb tarixinə daxil olduqlarını bildirib.

 

Bəzi akademik dairələrdə türk alimlərinin bu uğura görə Nobel mükafatına namizəd göstəriləcəyi də qeyd olunur.
 

Oruc MUSTAFAYEV

 



03.10.2021 | 14:04