“BUTA –yaranışın ilk rüşeymi” adlı video beynəlxalq müsabiqədə I yeri tutub

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) tələbəsi Dünya Mirası Şəhərlər Təşkilatının (OWHC) keçirdiyi beynəlxalq müsabiqənin qalibi olub.

 

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 3-cü kurs tələbəsi Nurcan Daşdəmirovanın Beynəlxalq Video Hazırlama müsabiqəsinə təqdim etdiyi “BUTA- yaranışın ilk rüşeymi” adlı videosu öncə Azərbaycanda, daha sonra isə dünyada birinci yerə layiq görülüb.

 

Videoda İçərişəhərin tarixi məkanları izləyicilərə vizual şəkildə tanıdılır, pandemiya nəticəsində Bakıda baş verən dəyişikliklər, turizm sektoruna və ümumilikdə iqtisadiyyata dəyən ziyan barədə təsəvvür yaradılır. Sonra isə COVID-19-un təsirlərinin aradan qaldırılması yolları səsləndirilir və onların paytaxtda  həyata keçirilməsinə başlanıldığı vurğulanır. Eyni zamanda tələbə videoda Bakının  bu çətinliklərin öhdəsindən gələcəyinə inandığını bildirir və bunu milli simvolumuz olan, “yaranışın ilk rüşeymi” mənasını bildirən “BUTA”da  görür. Sonda isə video tələbənin ifasında, Azərbaycanın milli rəqsi olan "Qaval rəqsi" ilə başa çatır. 

 

 

 



04.10.2021 | 16:35