Fizika sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb

Bu gün Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2021-ci il üzrə  fizika  sahəsində  Nobel mükafatı  laureatlarının adları elan olunub.  Bu il yüksək elmi mükafata   “Mürəkkəb fiziki sistemləri anlamamıza verdikləri yenilikçi töhfələrinə görə”  ABŞ-ın Prinson Universitetindən Sykuro Manabe, Almaniyanın Maks Plank İnstitutundan Klaus Xasselman,  İtaliyanın Roma Sapiensa Universitetindən Corc Parizi layiq görülüblər.

 

Ötən ildə  olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı  10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.

 

Oruc MUSTAFAYEV

 

 



05.10.2021 | 14:17