Kimya sahəsində Nobel mükafatı laureatları

Bu gün Stokholmda İsveç Kral Akademiyası tərəfindən 2021-ci il üzrə  kimya sahəsində  Nobel mükafatı  laureatlarının adları elan olunub. 

 

Yüksək elmi mükafata  “Asimmetrik orqanokatalizin inkişafına görə” Almaniyadan Maks Plank adına İnstitutdan Benjamin List və amerikalı,  Prinston Universitetinin professoru Devid Makmillian layiq görülüblər.

 

Ötən ildə  olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı  10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.


Oruc MUSTAFAYEV

 

 



06.10.2021 | 14:19