Ədəbiyyat sahəsində Nobel mükafatı laureatının adı açıqlanıb

Bu gün Stokholmda 2021-cu il üzrə ədəbiyyat sahəsində Nobel mükafatı  laureatının adı elan olunub.

 

Bu il yüksək mükafata tanzaniyalı, hazırda Britaniyada yaşayan Əbdülrəzak Gurnah (Abdulrazak Gurnah) “müstəmləkəçiliyin nəticələrinə,  mədəniyyətlər və qitələr arasındakı uçurumda qaçqınların taleyinə barışmaz mövqeyinə görə” nominasiyası üzrə layiq görülüb.

 

Ötən ildə olduğu kimi, bu il də hər nominasiyada Nobel mükafatının pul məbləğı 10 milyon kron (1.19 milyon ABŞ dolları) təşkil edəcək.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçiriləcək.

 

Oruc MUSTAFAYEV

 

 



07.10.2021 | 15:41