“Nizami İli” tədbirində

Abşeron Tarix-Diyarşünaslıq Muzeyində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami İli” adlı tədbirdə bir sıra təşkilat və qurumların əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

 

Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şeirlərini söyləyiblər. Sonra Azərbaycan və ingilis dillərində Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar.

 

Sonda Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Musiqili Komediya Xalq Teatrının aktyorları tərəfindən Nizami Gəncəvi əsərlərindən kiçik kreativ hissələr, “Xəmsə”dən səhnələşdirilmiş musiqili tamaşalar nümayiş olunub.

 

Şakir CƏFƏROV



08.10.2021 | 16:13