“Sahibkar məktəbli” müsabiqəsinə sən də qatıl!

Uşaq və gənclər arasında hibrid (onlayn və canlı) formatda keçirilən “Sahibkar məktəbli” müsabiqəsinə layihələrin qəbulu davam edir.

 

İştirakçılar müsabiqəyə 2 yaş (10-13, 14-16) qrupu üzrə fərdi və qrup (3 və ya 5 nəfərdən ibarət komandalar) şəklində qatıla bilər 

 

Müsabiqə üçün biznes layihələri aşağıdakı 5 nominasiya üzrə qəbul olunur:

· İnternet sahibkarlığı (satış);

· Sosial, ictimai sahədə sahibkarlıq;

· Yeni masaüstü və onlayn oyunlar;

· Ekoloji təmiz məhsul və uşaqlar üçün qidalar;

· Resursların təkrar emalı - yeni məhsulların dizaynı və istehsalı.

 

Müsabiqənin şərtləri aşağıdakılardır:

- Müsabiqədə bir iştirakçı yalnız 1 nominasiya üzrə iştirak edə bilər və yalnız 1 biznes layihə təqdim edə bilər; 

- Seçilmiş nominasiya üzrə təqdim olunacaq işlər kənar şəxslərin müdaxiləsi olmadan iştirakçının özü tərəfindən hazırlanmalıdır.

 

Müsabiqə aşağıdakı mərhələlər üzrə keçirilir:

I mərhələ  - 1-20 oktyabr 2021-ci il. Müsabiqəyə qeydiyyat üçün iştirakçılar ərizələrini [email protected] elektron poçt ünvanına göndərilməlidir;

 

II mərhələ  - 25-29 oktyabr 2021-ci il. Startapların və sahibkarlığın fəaliyyəti, mentorluq anlayışı ilə bağlı onlayn mühazirələr kursu. 30-31oktyabr 2021-ci il tarixlərində "Necə müraciət etmək olar" və "Çıxış nitqi üçün necə hazırlaşmalı" vebinarları;

 

III mərhələ  - 10-30 noyabr 2021-ci il. Mentorluq. İdeyalar üzərində komanda işi, mütəxəssislərlə birlikdə bir layihə təqdimatının hazırlanması; 

 

IV mərhələ - 1-15 dekabr 2021-ci il. Layihələr və təqdimatlar olan əsas ərizələrin toplanması, ərizələrin təhlili, layihələrin qısa siyahısının formalaşdırılması;

 

V mərhələ - 20-29 dekabr 2021-ci il. Uşaqların startap layihələrinin təqdimatlarının keçirilməsi və izdiham platformasına (crowdfunding) daxil olmaq üçün finalçıların müəyyənləşdirilməsi; 

 

VI mərhələ - 30 dekabr 2021-ci il. Qalib layihələrin müəyyənləşdirilməsi; 

 

Müsabiqədə hər yaş qrupu üzrə I, II və III yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq, bütün iştirakçılara sertifikatlar təqdim olunacaq.

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Müsabiqənin əsas məqsədi məktəblilərin sahibkarlıq bacarıqlarının formalaşdırılması, onlar arasında kiçik biznesin inkişaf etdirilməsi, liderlik potensialı və kreativ düşüncəyə malik olan yaradıcı və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

 

 İştirakçılar müsabiqə ilə bağlı ətraflı məlumatları Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin feysbuk səhifəsindən https://www.facebook.com/rugim.az/ və ya + 994 12 492 57 67, +994 55 518 00 94 telefon nömrələri vasitəsilə əldə edə bilər.

 



18.10.2021 | 14:05