Darvinin mikroskopu hərraca çıxarılacaq

İngilis təbiətşünası və səyyahı, çağdaş təkamül nəzəriyyəsinin təməlini qoyan Çarlz Darvinə məxsus mikroskop hərraca çıxarılacaq.

 

Londonda Kirsti hərrac evi tərəfindən keçirilən hərracda mikroskopun qiymətinin təxminən 480 min dollara satılacağı gözlənilir.

 

Mikroskop 1825-ci ildə hazırlanıb və Darvinin günümüzə qədər gəlib çatan 6 mikroskopundan biri olduğu bildirilib. Alim mikroskopu oğlu Leonarda verib və təxminən 200 ildir ki, mikroskop Darvin ailəsindədir.

 

Bioloqun bu mikroskopla zoofit adlanan orqanizmləri araşdırdığı bilinir.

 

Azərtac

 



19.10.2021 | 09:40