Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri Avropa çempionu oldular

15-21 oktyabr 2021-ci il tarixlərində Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə şahmat üzrə hibrid formatda Avropa birinciliyi keçirilib.

 

8-20 yaşadək oğlan və qızlar arasında təşkil olunan birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Uğur İlyaslı 18 yaşlı oğlanlar, “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Ayan Allahverdiyeva 16 yaşadək qızlar arasında 7.5 xal toplayaraq Avropa çempionu adını qazanıblar.

 

Birincilikdə “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin digər yetirməsi Mələk İsmayıl 18 yaşlı qızlar arasında 7 xal toplayaraq Avropa birinciliyinin gümüş, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Səadət Bəşirli 10 yaşadək qızlar arasında 6.5 xal toplayaraq bürünc mükafatına layiq görülüblər.

 



25.10.2021 | 12:36