Birinci kurs tələbəsi Avropa çempionu oldu

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin I kurs tələbəsi Uğur İlyaslı müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında qalib olub.

 

Son günün nəticəsindən asılı olmayaraq, Azərbaycan şahmatçısı U.İlyaslı vaxtından əvvəl çempionluğu təmin edib. Belə ki, 18 yaşlı oğlanların yarışında 7,5 xal toplayan Uğur ən yaxın izləyicisini 1,5 xal qabaqlayaraq Avropa çempionu adını qazanıb.

 

Bu barədə BDU-dan bildirilib.



26.10.2021 | 14:18