Defektoloq vəzifəsi üzrə müsahibə mərhələsi keçirilib

Xüsusi təhsil müəssisələrinə defektoloq vəzifəsi üzrə işə qəbul üçün namizəd seçilməsi məqsədi ilə müsahibə mərhələsi keçirilib. Müsahibələrdə 33 nəfər namizəd iştirak edib.

 

Müsahibə nəticələri ilə bağlı məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

 

Qeyd edək ki, oktyabrın 21-də defektoloq vəzifəsi üzrə işə qəbul üçün vakansiya seçimi həyata keçirilib və seçimlər zamanı müvafiq ixtisas üzrə baza təhsili, iş stajı, faktiki yaşayış yeri uyğun olan namizədlərə üstünlük verilib.

 



28.10.2021 | 10:05