Şəhid məzunun xatirəsinə həsr olunmuş bilik yarışı

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 44 günlük Vətən müharibəsində şəhid olan məzunu Rauf İbadovun anım gününə həsr edilmiş  intellektual bilik yarışı keçirilib.

 

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə keçirilən yarışda Raufun atası Məhərrəm İbadov, tələbəsi olduğu inşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva və bütün fakültələrdən tələbələr iştirak ediblər.

 

AzMİU THİK-in sədri Bayram Aslanov, dekan Tahirə Haqverdiyeva gənclərə şəhidlərimizin keçdiyi yolu örnək götürməyi, Vətəni onlar kimi sevməyi, onlar kimi qorumağı tövsiyə ediblər. Şəhid atası Məhərrəm İbadov da şəhidlərə göstərilən diqqətə görə universitet rəhbərliyinə, dekana, THİK-ə təşəkkür edib, gənclərə yarışda uğurlar arzulayıb.

 

Böyük həyəcan və maraqla keçən yarışda təəbələr komandalar şəklində mübarizə aparıblar. Birinci yerə su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri,  2-ci yerə inşaat, 3-cü yerə memarlıq fakültəsinin komandası çıxıb. Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.               

 



01.11.2021 | 10:27