“Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib

İ.Həsənov adına İsmayıllı şəhər bir nömrəli tam orta məktəbində “Qarabağ Azərbaycandır!” şüarı altında tədbir keçirilib.


Məktəbin ibtidai sinif müəllimi Güllübəyim Lətifovanın təşkil etdiyi tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşları, rayondan olan bir neçə şəhidin ailə üzvləri, II Qarabağ müharibəsi qaziləri, məktəbin müəllim kollektivi və şagirdlər iştirak edib.


Tədbirdə məktəbin direktoru Gündüz Qədirov 27 sentyabr Anım Günü və Zəfər Bayramı  barədə şagirdlərə məlumat verib. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar uğurla nəticələndi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.  Azərbaycanın qəhrəman oğullarının şücaəti, şəhidlərin qanı, canı bahasına əldə olunan qələbəyə bütün dünya şahidlik etdi.


Tədbirdə çıxış edən qazilər döyüş yolları haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. Daha sonra məktəbin III a sinif şagirdlərinin hazırladığı şəhidlərimizin şərəfli həyat və mübarizə yoluna həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.
 

 



01.11.2021 | 12:59