Təhsil nazirinin Türkiyəyə səfəri başlayıb

Noyabrın 1-də təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlayıb.

 

Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olunub. Tərəflər 19 fevral 2021-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”unun icrasından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

Təhsil Nazirliyinin nümayəndə heyəti Bilkənt Universitetini də ziyarət edib. Universitetin rektoru Abdullah Atalar ilə keçirilən görüş zamanı Bilkənt Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 



01.11.2021 | 16:25