I kurs tələbələri üçün startap layihələrinin hazırlanması ilə bağlı maarifləndirici seminar

Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap layihələri innovativ gələcəyin təməlidir” mövzusunda maarifləndirici seminar keçirilib və tələbələrin yeni layihələrinin təqdimatı olub.

 

Laboratoriyanın mütəxəssisi Səminə Rüstəmova Startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən, bu layihələrin elmin, iqtisadiyyatın inkişafındakı rolundan danışıb, tələbələri startapla bağlı layihələrin, təqdimatların təşkilində fəal olmağa çağırıb.

 

S.Rüstəmova institutun rəsmi internet səhifəsində yaradılmış “ideya bankı” vasitəsilə layihələrin onlayn qaydada təqdim edilməsi imkanlarını praktik nümunələrlə izah edib.

 

Sonra institutun təbiət və incəsənət fakültəsinin IV kurs tələbəsi Rüfət Hacıyevin təqdimatında startap layihələri, onların necə tərtib olunması, hansı mərhələlərdən təşkil edilməsi, təqdimatların hazırlanması istiqamətində maarifləndirici məlumat dinlənilib və startapçı tələbələr Bəhriyyə Əhmədova, Aysun Nağdəliyeva, Gülcan Əlizadə, Abutalıb Ağa Kəngərli öz layihələrini təqdim ediblər.

 

Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 



03.11.2021 | 13:05