ADPU tələbələri “İstiqlal Muzeyi”ndə

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İstiqlal Muzeyinə tələbələrin ekskursiyası təşkil olunub. Ekskursiyada 30-a yaxın tələbə və ADPU TGT-nin aktiv üzvləri iştirak ediblər.

 

Tələbələr ekskursiya zamanı müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələrin təfərrüatları, öz istiqlalı uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat əldə ediblər.

 



03.11.2021 | 18:16