BDU və Əskişəhər Texniki Universiteti arasında əməkdaşlıq başlayıb

Bakı Dövlət Universiteti (BDU)  ilə Türkiyənin Əskişəhər Texniki Universiteti arasında Anlaşma memorandumu imzalanıb.

 

Sənədə BDU-nun rektoru Elçin Babayev və Əskişəhər Texniki Universitetinin rektoru Tuncay Döğeroğlu imza atıb.

 

Müqavilənin mǝqsǝdi tərəflər arasında elm, tǝhsil, mǝdǝniyyǝt sahǝlǝrində müştərək layihələrin icra edilməsi, akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işlərində əməkdaşlıq, müəllim-tələbə mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

 

Memorandum kadr potensialının möhkəmlənməsinə, professor-müəllim heyətinin mübadiləsinə, tələbələrin təcrübəsinin artırılmasına təkan verməklə yanaşı, məzunların karyera qurmaq istiqamətində nailiyyətlərinin artmasına da təkan verəcək.

 

Məlumat üçün bildirək ki, Əskişəhər Texniki Universitetinin əsası 2018-ci ildə qoyulub, URAP (University Ranking by Academic Performance) Araşdırma Laboratoriyasının 2021-2022-ci il Türkiyə üzrə reytinqində 87-ci yeri tutub. Hazırda universitetdə 12800-dən çox tələbə təhsil alır.

 



04.11.2021 | 12:17