Tələbələrin “Zəfər” flaşmobu

Naxçıvan Dövlət Universiteti  (NDU)  Yeni Azərbaycan Partiyası ərazi ilk Partiya Təşkilatının təşəbbüsü, ali məktəbin tələbə təşkilatlarının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ''Zəfər'' flaşmobu təşkil edilib.

 

1300-ə yaxın tələbənin iştirak etdiyi flaşmobda  NDU-nun ərazisində “8 noyabr Zəfər günü”, “44 gün” yazıları və ölkəmizin xəritəsi təsvir edilib.

 



09.11.2021 | 11:01