Alimin həmmüəllifi olduğu ixtira patent alıb

 Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının müdiri Razim Bayramlının həmmüəllifi olduğu ixtira patent alıb.

 

“Optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqi üsulu” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi  Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən İ 2021 0093 nömrəli patent verilib.

 

Yeni ixtira kristallar fizikasına, xüsusilə bərk mühitdən monokristallar yetişdirilməsinə və optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqinə aiddir.

 

İxtira barədə məlumat “Sənaye mülkiyyəti”nin 31.03.2021 tarixli 3№-li bülletenində çap olunub. Daha ətraflı məlumatı http://copat.gov.az saytından əldə etmək mümkündür.

 



13.11.2021 | 10:10