Benedikt Furye Gəncə Dövlət Universitetində fransız dilini tədris edəcək

Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq çərçivəsində xarici dil kimi fransız dili ixtisasını tədris edəcək stajçı Benedikt Furye Gəncə Dövlət Universitetinə (GDU) dəvət olunub.

 

GDU-nun rektoru, professor Yusif Yusibov Benedikt Furye ilə görüşüb. Görüşdə bildirilib ki, stajçı  tələbələrə həftədə 10 saat fransız dilini tədris edəcək.

 

Qeyd edək ki, GDU-ya xarici dillər fakültəsinin Fransız dili ixtisasına indiyədək universitetlərarası əməkdaşlıq çərçivəsində 8 stajçı gəlib və tələbələrin xarici dil biliklərinə yiyələnmələrinə yaxından köməklik göstərilib.

 



15.11.2021 | 10:20