SABAH qrupları Rusiyada teatr festivalında

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları Moskvada keçirilən QİTİS Master klass -4 teatr festivalında iştirak ediblər.

 

Qeyd edək ki, festival 8-13 noyabr 2021-ci il tarixlərində Moskva şəhərində canlı olaraq keçirilməli idi. Lakin mövcud pandemiya şəraitində Rusiyada xəstə sayının artması ilə bağlı festival onlayn formada təşkil olunub.


ADMİU SABAH qrupunun müəllim və tələbə heyəti festival çərçivəsində ustad dərslərində iştirak edib, digər festival iştirakçılarının tamaşalarını izləyiblər.
SABAH qrupları isə festivalda Azərbaycanı Sofoklun “Tiran Edip” tamaşası ilə təmsil ediblər. Tamaşanın bədii rəhbəri Xalq artisti Mehriban Zəki, quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

 

Nümayişdən sonra müzakirə edilən tamaşanın quruluşu və aktyor heyətinin işi festival iştirakçıları və əcnəbi mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

 



16.11.2021 | 11:21