İntellektual yarışda "Dəmir Yumruq" komandası 1-ci yerə çıxıb

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Tələbə Gənclər Təşkilatının fəal üzvləri Gəncə Gənclər Evində keçirilən “17 Noyabr – Milli Dirçəliş Günü”nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" intellektual oyununda ilk yerləri tutublar.


Yarışa Gəncə şəhərinin ali və orta ixtisas təhsili müəssisələrindən hər birində 6 nəfər olmaqla 10 komanda qatılıb. Tələbələr onlara verilən 24 sualı cavablandırmaqla öz biliklərini sınayıblar.


Turnirdə UTECA-nın "Dəmir Yumruq" komandası 1-ci yerə sahiblənib, 2-ci yeri isə UTECA-nın "Qarabağ" komandası əldə edib.


Qalib komandalar diplom və sertifikatlarla təltif olunublar.

 



18.11.2021 | 14:15