Mingəçevir Dövlət Universitetində İKT təlimləri başlayıb

Mingəçevir Dövlət Universitetində İnformasiya texnologiyaları kafedrasının nəzdində fəaliyyət göstərən Tələbə Elmi Dərnəyinin təşəbbüsü ilə İKT təlim kurslarına start verilib.

 

Universitetin akademik və inzibati heyət üzvlərinin, tələbələrin və magistrantların İKT üzrə bilik və bacarıqlarının artırılması məqsədilə onlayn və ənənəvi formatlarda təşkil olunan təlim kurslarının müntəzəm olaraq cari tədris ilinin payız və yaz semestrlərində keçirilməsi nəzərdə tutulub.

 

Tələbə və magistrantlar üçün nəzərdə tutulmuş təlim proqramı çərçivəsində İKT üzrə baza bilikləri və sıfırdan proqramlaşdırma kursları, müvafiq bilik yarışları və viktorinalar təşkil olunacaq.

 

Akademik və inzibati heyət üzvləri üçün təşkil olunan proqrama uyğun olaraq İKT resurslarının (MS Office proqramları, interaktiv lövhələr, “MS Teams” platforması) öyrənilməsi və tətbiqi, proqramlaşdırma və informasiya təhlükəsizliyi, elmi tədqiqatlarda İKT-dən istifadə üsulları mövzularında təlimlər keçiriləcək.

 

Təlimləri uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

 



18.11.2021 | 17:05