Universitetin mini-futbol komandası şəhər turnirinin qalibi olub

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçlığı ilə YAP-ın yaranmasının 29-cu ildönümünə həsr olunmuş ali və orta ixtisas məktəbi tələbələri arasında mini-futbol üzrə şəhər turniri keçirilib.

 

Turnir gənclərin azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə istiqamətləndirilməsi və futbolun kütləviliyinin artırılması məqsədi daşıyır.

 

Turnirdə Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət komandalar mübarizə aparıblar. Turniri qalibiyyətlə başa vuran MDU komandasının üzvləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və YAP Mingəçevir şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavanşir Yusubov tərəfindən mükafatlandırılıblar.

 

MDU-nun rektoru Şahin Bayramov universitetin mini-futbol komandasının üzvləri ilə görüşüb. Görüşdə birincilik qazanmaları münasibətilə təbriklərini çatdıran rektor təhsil aldıqları ali təhsil müəssisəsini layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra  komanda üzvlərinə kubok və diplomlar təqdim edilib.

 



22.11.2021 | 17:15