Beynəlxalq Proqramlaşdırma müsabiqəsinin seçim mərhələsi

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin seçim mərhələsi keçirilib.

 

Müsabiqə təkcə İnformasiya texnologiyaları ixtisasının yox, universitetin bütün tələbələrinin iştirakı üçün açıq şəraitdə təşkil olunub. İKT mərkəzi tərəfindən iştirakçılara təqdim edilən alqoritmik məsələni ən sürətli formada həll edib göndərən Rusif Səfərovla birlikdə ilk üç yeri tutmuş tələbələr (Şahmirzə Məmmədyarlı, Asəf Allahverdiyev) regional müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetini komanda şəklində  (hər komanda 3 tələbə və komanda rəhbərindən ibarətdir) təmsil ediblər. Müsabiqədə müvəffəqiyyət qazanan komandalar “46-cı ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində ölkəmizi təmsil edəcəklər.

 

Bu barədə AzMİU-dan bildirilib.

 



22.11.2021 | 18:00