Qars Qafqaz Universitetinin professoru LDU-da

Qars Qafqaz Universitetinin baytarlıq fakültəsinin professoru, Dr. Cihan Kaçarın başçılıq etdiyi nümayəndə heyəti Lənkəran Dövlət Universitetində (LDU)  olub.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə tədrisin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, görülən işlər barədə ətraflı məlumat verib.

 

Qarşılıqlı disskussiya şəraitində keçən görüşdə LDU-da Baytarlıq ixtisasının daha da genişləndirilməsi, modern inkişafı məsələləri, Qars Qafqaz Universitetindən Lənkəran Dövlət Universitetinə əlavə kadrların gəlməsi, gələcəkdə universitetin nəzdində “Baytarlıq klinikası”nın yaradılması və s. məsələlər müzakirə edilib.

 

Görüşdən sonra aqrar və mühəndislik fakültəsində Baytarlıq və Baytarlıq təbabəti ixtisaslarının tələbələrinə “İnəklərdə ultrasəslə reproduktivliyin təyini” mövzusunda təlim keçirilib, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib, Qars Qafqaz Universitetinin bu sahədəki təcrübəsindən danışılıb.

 

Təlim zamanı tələbələr professor Cihan Kaçarın iştirakı ilə təcrübi olaraq inək üzərində ultrasəs müayinəsi aparıblar.

 

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim edilib.

 



24.11.2021 | 18:02