AzMİU tələbələri üçün keçirilən təlim uğurla başa çatıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəqliyyat fakültəsində yeni açılmış Logistika və nəqliyyat texnologiyaları ixtisasında təhsil alan tələbələr üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (BBDTL) tərəfindən təşkil olunan “Liman logistikası və dəniz daşımaları” adlı 5 günlük təlim başa çatıb. Təlim tələbələrin  Port Bakuya səfəri ilə yekunlaşıb.

 

Universitetdən bildirilib ki, təlim çərçivəsində tələbələrin Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə səfəri də təşkil edilib. Burada iştirakçılar limanın iş prinsipi ilə yerində tanış olublar. Təlimin nəticəsi olaraq yaxın günlərdə attestasiya keçiriləcək və uğur qazananlar sertifikatla təltif olunacaqlar.

 

Qeyd edək ki, BBDTL-nin yüksək səviyyəli nümayəndələri ilə fakültənin dekanı Elçin Yusifzadənin görüşündə ikitərəfli əlaqələrin davam etdirilməsi və əməkdaşlıq müqaviləsi imzalanması haqqında razılığa gəlinib.

            



25.11.2021 | 17:20