“Dizaynın müasir problemləri” mövzusunda III Beynəlxalq elmi-praktiki konfrans

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dizaynın müasir problemləri” mövzusunda onlayn formatda III Beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 

Konfransda ölkəmizin ali təhsil müəssisələri ilə yanaşı, qonşu ölkələrdən - Gürcüstan Texniki Universitetindən, Ufa Dövlət Neft Texniki Universitetindən, Kuban Dövlət Universitetindən, Yuri Kondratyuk adına Poltava Milli Politexnik Universitetindən, Qazaxıstan Baş Memarlıq və İnşaat Akademiyasından nümayəndələr,  gənc təqdiqatçılar və tələbələr iştirak ediblər.

 

AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva konfransda qoyulan mövzunun bu günümüz üçün aktual olduğunu deyib. O,  dizayn sahəsinin sürətlə inkişaf etdiyini söyləyib, yüksək ixtisaslı kadrların yetişdirilməsində AzMİU-nun gördüyü işləri diqqətə çatdırıb.

 

Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə, AMEA-nın müxbir üzvü, professor Rəna Abdullayeva, Aksessuar İnşaat Şirkətinin nümayəndəsi Nərminə Çakır, Embawood şirkətinin nümayəndəsi Yeganə Abdullayeva təbrik nitqlərini səsləndirib, konfransın önəmini qeyd edib, tədbirin işinə uğurlar arzulayıblar.

 

Konfransın plenar iclasında AzMİU-nun Dizayn kafedrasının professorları- Səyavuş Dadaşovun “Türk vizual linqvistikasının yeni ideyaları”, Yeganə Hacıyevanın “Eksperimental layihələndirmənin əsas prinsipləri” mövzusunda  plenar məruzələri dinlənilib.

 

Konfrans öz işini bölmələrdə davam etdirib.

 



01.12.2021 | 11:10