Avropa İttifaqının Azərbaycandakı səfiri LDU-da olub

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin İqtisadiyyat Nazirliyi ilə birgə Lənkəran şəhərində təşkil etdiyi “EU4Lankaran” proqramının rəsmi açılış mərasimindən sonra səfir Peter Mixalko və nümayəndəliyin təmsilçiləri Lənkəran Dövlət Universitetində (LDU) olublar.

 

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko ilə universitetin professor-müəllim-tələbə heyətinin görüşü keçirilib.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov ali məktəbdə həyata keçirilən  təhsil islahatları, Avropa və dünya təhsilinə inteqrasiya istiqamətində atılan addımlar  barədə məlumat verib. Rektor Erasmus+ təhsil proqramını yüksək dəyərləndirdiyini deyərək LDU-nun bu təhsil proqramında fəal iştirakından danışıb. Qeyd edib ki, universitet bundan sonra da bu ali qurumun həyata keçirəcəyi təhsil layihələrində iştirak etməyə hazırdır.

 

Səfir Peter Mixalko təmsilçisi olduğu qurumun təhsillə bağlı layihələrindən, bu sahədəki yeniliklərdən, Erasmus+ təhsil proqramına maddi dəstəyin ikiqat artırılmasından və s.məsələlərdən danışıb.

 

Tədbirdə Erasmus+ təhsil proqramının Milli koordinatoru və Gənc Avropa Səfirlərinin mühazirələri dinlənilib. Erasmus+ proqramının Milli ofisinin nümayəndəsi Pərviz Bağırov tədbir iştirakçılarını bu proqramın mahiyyəti, məqsədləri, Azərbaycan universitetləri üçün əhəmiyyəti, qəbul şərtləri ilə bağlı məlumatlandırıb, onların əsas istiqamətləri, müraciət qaydaları, bu proqamların tələbələr, akademik heyət və universitet əməkdaşları üçün təklif etdiyi imkanlardan danışıb.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 



01.12.2021 | 12:40