Uşaqlar üçün əyləncə saatı təşkil edilib

Yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. Tədbir uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib. Oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar. Uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.

                                             

Sifai SƏFƏROVA

 



18.07.2018 | 18:19