Dövlət Miqrasiya Xidmətinin əməkdaşları əcnəbi tələbələrlə görüşüb

Dövlət Miqrasiya Xidmətinin (DMX) Müvəqqəti olma və müvəqqəti yaşama icazələrinin verilməsi şöbəsinin rəisi Şəhriyar Mustafayev və adıçəkilən qurum yanında İctimai Şuranın üzvü, bu təsisatın Təhsil məsələləri üzrə işçi qrupunun  rəhbəri Vidadi Fətullayev Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələrlə görüşüb.

 

BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Müşviq Mehbalıyev qeyd edib ki, görüşün məqsədi miqrasiya qanunvericiliyi barədə ətraflı məlumat vermək, əcnəbi tələbələri və müəllimləri maraqlandıran sualları cavablandırmaq, onların qarşılaşdıqları problemləri həll etməkdir.

 

Xidmətin şöbə rəisi Ş.Mustafayev çıxışında miqrasiya qanunvericiliyi haqqında ətraflı məlumat verib. O, əcnəbi tələbələrin Azərbaycan Respublikasına gəlməsi, ölkədə müvəqqəti olması və ölkədən getməsi, həmçinin yaşadığı yer üzrə qeydiyyat məsələlərindən danışıb, bu prosedurların vaxtında həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

 

Tədbirdə təhsillə əlaqədar ölkəyə gələn müəllimlərin iş icazəsi alabilmə imkanları, əcnəbi tələbələri narahat edən məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılıb, bir sıra təkliflər səsləndirilib.

 

Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə əcnəbi tələbələri maraqlandıran suallar cavablandırılıb. 

                                    



01.12.2021 | 16:30